Avropa
Polşa Konstitusiya Məhkəməsi Aİ-yə qarşı QƏRAR VERDİ
Polşa Konstitusiya Məhkəməsinin qərarı ilə Varşava və Brüssel arasında gərgin münasibətlərə daha bir epizod da əlavə olunub.
Publika.az xəbər verir ki, Polşa Konstitusiya Məhkəməsi ölkədəki yerli qanunların Avropa İttifaqı qanunlarının fövqündə durduğuna və bir sıra Aİ qanunlarının ölkə konstitusiyasına zidd olmasına dair qərar verib. Buraya ilk növbədə Aİ müqavilələrinin müddəaları və Avropa məhkəmələrinin hökmləri daxildir. Hakimlərin qərarına görə, Avropa Məhkəməsinin Polşa ədliyyə sisteminə müxadilə cəhdi konstitusiyanın öncüllüyü qaydası və Avropaya inteqrasiya prosesində suverenliyin qorunub saxlanması prinsipini pozur.
Konkret olaraq isə hakimlər Avropa müqavilələrinin müddəalarına istinad edən Avropa Komissiyasının hüquqi dövlətçilik məsələlərində ortaq qərarvermə hüququnu əsaslandırılmasının Polşa Konstitusiyası ilə uzlaşıb-uzlaşmamasını qiymətləndiriblər. Bu qiymətləndirməyə səbəb isə Baş nazir Mateuş Moravietskinin Konstitusiya Məhkəməsinə müraciəti olub. Baş nazir öz müraciətində 2 mart 2021-ci il tarixli Avropa Məhkəməsi qərarının yoxlanılmasını xahiş edib. Həmin qərarda Aİ hakimləri müəyyən ediblər ki, Aİ hüququ ayrı-ayrılıqda üzv dövlətləri öz milli qanunlarının bir sıra müddəalarından, hətta konstitusiya müddəalarından üstün tutmağa məcbur edə bilər. Bu isə o deməkdir ki, Avropa Məhkəməsi Polşanı hazırda həyata keçirilən mübahisəli ədliyyə islahatının bir hissəsini ləğv etsin.
Polyak hakimlər isə öz qərarlarında qeyd ediblər ki, ölkənin Aİ üzvlüyü və Aİ müqavilələrini imzalaması Avropa Məhkəməsinə ali hüquqi avtoritet verilsin və Polşa öz suverenliyindən Aİ xeyrinə imtina etsin.
Rəsmi Brüssel Polşa Konstitusiya Məhkəməsinin qərarından narahatlıq ifadə edib və Ai-nin ədliyyə komissarı Didye Reynders bildirib ki, Aİ hüququnun Polşada qorunmasını təmin etmək üçün bütün hüquqi vasitələrdən istifadə ediləcəkdir.
Polşa müxalifəti isə iddia edir ki, Konstitusiya Məhkəməsinin qərarı ölkənin Avropa Birliyindən çıxması üçün ilk addım ola bilər. Lakin bu işə baxmağa başlayan hökumət inanır ki, Polşanın AB üzvü kimi gələcəyini heç nə təhdid etmir.
Qeyd edilməlidir ki, Polşa Konstitusiya Məhkəməsinin qərarı Avropa İttifaqı ölkələri arasında bu qəbildən olan ilk qərardır və rəsmi Brüssellə gərgin münasibətə malik digər üzvlər üçün presedent rolunu oynaya bilər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
