Avropa
Rusiyadan dəstək aldıqdan sonra açıqladı: “Ölkəni parçalayacağam”
Bosniya və Herseqovinanın iku muxtar respublikasından biri olan Serb Respublikasının lideri Milorad Dodikin separatçı ritorikası son vaxtlar Balkan ölkəsində narahatlıq yaradıb.
Teleqraf.com xəbər verir ki, eyni zamanda, bu ölkənin Prezident Şurasının sədri olan Dodik Bosniya və Herseqovinanı “uğursuz ölkə” kimi xarakterizə edir və siyasi anlaşılmazlığın yeganə yolunun Bosniya və Herseqovinanın ləğvi ilə mümkün olacağını deyir.
Bosniya və Herseqovina hökumətindəki bütün yüksək vəzifələrindən imtina edəcəyini söyləyən Dodik yaxın aylarda öz Bosniya-Serb ordusunu da yaratmağa söz verib.
Partiyasından da ona dəstək gəlib.
Bosniyalı jurnalist İbrahim Deliç Tvitter hesabından verdiyi açıqlamada bunun təsdiqləndiyini bildirib: “Təsdiq edildi, yaxın günlərdə Serb Respublikası Ordusu yaradılacaq. Bosniyalılara qarşı soyqırım törədən ordu...”.
Prezident Şurasının müsəlman üzvü Şəfiq Cəfəroviç bildirib ki, ölkə Deyton sülh sazişinin imzalanmasından sonra ən təhlükəli gərginliklə üzləşib.
1990-cı illərdə 100 min insanın ölümünə səbəb olan müharibədən sonra Bosniya faktiki olaraq iki yerə bölünüb, ölkənin yarısı etnik bosniya serblərinə verilib, digər yarısı isə müsəlman-xorvat federasiyasının hakimiyyəti altında qalıb.
1992-1995-ci illər arasında Balkanda 100 mindən çox insanın həyatına son qoyan və 2 milyon insanı evlərini tərk etməyə məcbur edən vətəndaş müharibəsindən sonra əldə edilən razılaşma nəticəsində Bosniya və Herseqovina biri Serb Respublikası olmaqla iki muxtar bölgəyə bölünüb.
Anlaşmaya uyğun olaraq, Bosniya və Herseqovina Prezident Şurasının sədri üç müxtəlif etnik qrupdan rotasiya qaydası ilə seçilir.
Ölkəni parçalamaq planını oktyabrın əvvəlində Belqradda görüşdüyü Rusiya Xarici işlər naziri Sergey Lavrova təqdim edən Dodikin sözlərinə görə, bu plan Moskvanın səssiz dəstək alır.
Bununla belə, Dodikin getdikcə sərtləşən düşmən ritorikası və separatçı addımları Bosniya serblərini narahat etməyə başlayıb. Müxalifət lideri Mirko Saroviç müharibəyə yol açacaq birtərəfli qərarların qəbuledilməz olduğunu deyib.
Prezident Şurasının xorvat üzvü Zeljko Komsiç qeyd edib ki, Dodik öz ordusunu yaratmağa söz verməyə davam edərsə, Bosniya müdafiə planınə işə salacaq.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu


























.jpg)







.jpg)


