Avropa
Aİ meşələrin qorunması üçün bir milyard avro ayırdı
Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını elan edib.
Publika.az “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çərşənbə axşamı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin Qlazqoda keçirilən 26-cı Konfransında (COP26) çıxış edərkən bildirib.
"Mən Avropa Komissiyasının meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsü üçün 1 milyard avro ayıracağını elan etməkdən məmnunam", - deyə o bildirib. Fon der Lyayen həmçinin söz verib ki, Avropa Komissiyası tezliklə Aİ-nin meşələrin qırılmasına təsiri məhdudlaşdırmalı olan direktiv təqdim edəcək. "Aİ bazarlarına daxil olan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, bazar günü işinə başlayan COP26 konfransı noyabrın 12-dək davam edəcək. Konfransda 200-ə yaxın ölkədən nümayəndə heyəti iştirak edir, onlardan 120-si ən yüksək səviyyədə təmsil olunur. Azərbaycan konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
