Avropa
İki ölkə arasında "yol xəritəsi" imzalandı
Moldova və Rumıniya əməkdaşlığın prioritet sahələri üzrə “yol xəritəsi” imzalayıblar.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, sənədin imzalanması Moldova Prezidenti Maya Sandunun Rumıniyaya rəsmi səfəri çərçivəsində baş tutub.
Səfər zamanı diplomlarının qarşılıqlı tanınması haqqında saziş də imzalanıb.
Prezident Maya Sandu qeyd edib ki, iki ölkə arasında imzalanan sənədlər olduqca əhəmiyyətlidir. Moldovada təhsil müəssisələrinin minlərlə məzunu diplomların tanınması haqqında sənədin imzalanmasını gözləyirdi.
"Keçən il, mən vəzifəyə başlayandan dərhal sonra Rumıniya Prezidenti ilə razılaşdıq ki, uzun müddət mövcud olan soyuq münasibətdən sonra Kişineu və Buxarest açıq və qardaş münasibətlərinə qayıdacaq. Bu səfər Moldova və Rumıniya arasında xüsusi əlaqənin əlavə təsdiqidir", - deyə Maya Sandu qeyd edib.
Rumıniya Prezidenti Klaus Yohannis sənədlərin imzalanmasından sonra bildirib ki, Moldovada yeni hakimiyyətdən sonra ölkələr arasında parlament və hökumət səviyyəsində əməkdaşlıq canlanıb və bu gün də intensiv templə davam edir.
Klaus Yohannis əlavə edib ki, Rumıniya və Moldovanın gələcək üçün zəngin gündəliyi var. “Biz layihələr vasitəsilə qarşılıqlı fəaliyyət göstərdiyimiz bütün sahələri müzakirə etdik, xüsusən də bu, enerji şəbəkələrinin qarşılıqlı əlaqəsi, enerji təhlükəsizliyinin konsolidasiyası, nəqliyyat infrastrukturunun inkişafı, gələcək təminat imkanlarına aiddir”, - deyə Klaus Yohannis vurğulayıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
