Avropa
Ali Baş Komandanı Avropadakı vətənpərvər azərbaycanlılar belə qarşılayırlar - FOTO/VİDEO
Avropada yaşayan azərbaycanlılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.
Publika.az xəbər verir ki, onlar əllərində fransız və ingilis dillərində "Cənab Prezident, xoş gəlmisiniz!", "Avropa Azərbaycanlıları Sizi salamlayır!", "Azərbaycan ümumi dəyərlərə hörmət edir!" plakatları, eyni zamanda Azərbaycan və Avropa İttifaqının bayraqlarını tutublar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Səfər zamanı dövlət başçısı NATO-nun iclasında iştirak edəcək. Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.
Sabah həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq. Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq. Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq. Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər




























.jpg)








