Avropa
“Köhnə soyuducunuz Putinin dostudur” - “Bloomberg” - YENİLƏNDİ
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Bloomberg”in Avropa İttifaqı ölkələrinin sakinlərə məişət texnikasını təkmilləşdirməyi təklif etdiyinə dair yazdıqlarını (çünki köhnə texnika çox enerji sərf edir və Putinin dostudur) şərh edib.
“Köhnə texnika Putinin dostu deyil, amerikalıların dostudur, çünki indi Amerikadan daha çox mayeləşdirilmiş qaz verilir, Amerikanın bahalı maye qazı. O, həm də etibarlı, ucuz və proqnozlaşdırıla bilən Rusiya boru kəməri qazını kəsmək qərarına gələn Avropa rəhbərliyinin dostudur”, – deyə Kremlin sözçüsü bildirib.
***
Avropa əhalisi Rusiya Prezidenti Vladimir Putinə görə köhnə məişət texnikasından imtina etməlidir.
Publika.az xəbər verir ki, bunu “Bloomberg”in icmalçısı Xavyer Blas bəyan edib.
“Sizin köhnə soyuducunuz Vladimir Putinin dostudur. Atın onu!” – jurnalist çağırış edib.
O, çağırışını bununla izah edib ki, elektrik enerjisinə qənaət təbii qaza qənaətlə bağlıdır. Avropada elektrik enerjisinin böyük hissəsi qazın yandırılması hesabına əldə edilir, mavi yanacağı isə qışda evləri qızdırmaq üçün saxlamaq lazımdır. Blas yazır ki, birbaşa evin məişət texnikası böyük miqdarda enerji yeyir.
Jurnalist xatırladır ki, Avropa ölkələrinə qaz Rusiyadan idxal olunur. “Demək, köhnə soyuducu, paltaryuyan maşın və digər avadanlıqlardan imtina Rusiyanın enerji resurslarından asılılığı azaltmağa kömək edəcək”, – məqalədə deyilir.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO

































.jpg)


