Avropa
Ukrayna İtaliyadan 200 milyon avro faizsiz kredit alacaq
İtaliya Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesabı vasitəsilə Ukraynaya 200 milyon avro faizsiz kredit verəcək.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu gün Nazirlər Kabineti İtaliyadan 200 milyon avroya qədər faizsiz kreditin cəlb edilməsi haqqında qərar qəbul edib.
"Vəsait Ukraynanın dövlət büdcəsinə ümumi orta təhsil müəssisələrinin müəllimlərinin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək. Kredit 15 il müddətinə verilir (kreditin ödənilməsinin 7,5 il müddətinə təxirə salınması üçün güzəşt müddəti nəzərə alınmaqla). Kreditdən istifadəyə görə faiz hesablanmır”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Ukraynaya 1 milyard avroluq makromaliyyə yardımının birinci tranşının ayrılması barədə nəhayət razılaşdığı bildirilmişdi .
Ukrayna bu pulu iyulun sonuna qədər almalıdır.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
