Avropa
77 ildən sonra Ukraynada YAŞANDI - ŞOK RƏQƏMLƏR
4,5 milyon ukraynalı məcburi köçkün kimi qeydiyyatdan keçib. Bu, İkinci Dünya Müharibəsindən bəri (77 il) ən böyük köçkünlükdür.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya nazirinin müavini, məcburi köçkünlər üzrə müvəkkil Pavlo Kozyrev Ümumrespublika Marafonunun efirində məlumat verib.
"4,5 milyon insan müxtəlif üsullarla - istər “Diya” tətbiqi ilə, istərsə də yerli özünüidarəetmə orqanlarına fiziki olaraq gəlməklə məcburi köçkün kimi qeydiyyatdan keçib. Bu, böyük rəqəmdir, İkinci Dünya Müharibəsindən bəri ən böyük yerdəyişmədir. Bu, çox qısa müddətdə baş verib və baş verir. Buna görə də müharibə şəraitində bu cür həcmli problemləri idarə etmək çətindir. Məcburi köçkünlərin iki əsas ehtiyacı mənzil və puldur.”, - Kozırev bildirib.
O qeyd edib ki, bir milyondan çox insan müxtəlif kommunal infrastruktur obyektlərində müvəqqəti sığınacaq alıb. Yarım milyondan çox insan “Sığınacaq” proqramından istifadə edib. 1200 məktəbdə 55 min ukraynalı yaşayır. Bu, sentyabrda təhsilin başlamasını təhlükə altına qoyur.
"İndiyə qədər təxminən 25 min nəfərin sentyabrın əvvəlinə qədər hara köçürülə biləcəyi ilə bağlı məlumat var, 30 min nəfərin həyatı sual atındadır", - nazir müavini deyib.
"Gələcəkdə daha bir problem bəzi insanların istilik sistemi olmayan binalarda yaşaması ola bilər. Bundan əlavə, müvəqqəti nəzarətsiz ərazilərdə xidmətlərin göstərilməsi üçün infrastrukturun, ilk növbədə istilik sisteminin məhv edilməsi ilə bağlı kifayət qədər böyük problem var", - Kozyrev qeyd etdi.
O qeyd edib ki, dövlət köçkünlərə yardım üçün 22 milyard qrivna ayırıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu


























.jpg)







.jpg)


