Avropa
Öncə qaz, sonra anomal istilər: Avropa iqtisadiyyatı ÇÖKƏ BİLƏR
Qazın orta hesablaşma qiyməti Avropa birjasında təxminən 50% artaraq 1805 dollar təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Londonda yerləşən ICE birjasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, iyunda bu rəqəmlər xeyli aşağı - qazın qiyməti 1180 dollar olub. Xammalın qiymətinin belə yüksəlməsi Rusiyadan yanacağın tədarükünün azalması, eləcə də neft-qaz sənayesi işçilərinin tətilləri nəticəsində Norveçdə hasilatın azalması ilə əlaqələndirilir.
Bundan əlavə, qiymət artımına Avropa regionunda yaranmış anomal istilər səbəb olub - kondisionerlərin işləməsi elektrik enerjisi istehlakını artırıb.
Bu ay ərzində qiymətlər bir qədər azalsa da, yenə də yüksək səviyyəyə qayıdıb və hətta rekord qırıb: iyulun 27-də Avropa ölkələrində qazın qiyməti min kubmetr üçün 2,3 min dollar həddini keçib.
Anti-Rusiya sanksiyaları Avropaya Rusiyadan qat-qat çox ziyan vurur və regionun iqtisadiyyatı böyük maliyyə böhranı nəticəsində çökə bilər. Bir çox Avropa ölkələrində elektrik enerjisi qiymətləri tarixi maksimumunu təzələyib. Xarici mediaya görə növbəti ayda rekord rəqəmlər daha da artacaq.
Hüseyn İbadlı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)