Avropa
Macarıstanda VII Böyük Hun-Türk Qurultayı keçirildi
Macarıstan Turan Fondunun təşkilatçılığı ilə bu ölkədə VII Böyük Hun-Türk Qurultayı keçirilib.
Publika.az xəbər verir ki, ölkəmiz Avropada milli ənənələrin qorunub saxlanmasına xidmət edən ən iri tədbirlərdən biri hesab olunan qurultayda yüksək səviyyədə təmsil olunub.
Qurultayın açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli iştirak edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurultay iştirakçılarına müraciət ünvanlayıb. Tədbirdə, həmçinin Macarıstan Milli Assambleyasının (parlament) sədri Laslo Köver və sədr müavini Şandor Lejak, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri Təşkilatının (TDŞ) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Azamat Jamankulov, TDŞ, TÜRKPA, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının rəhbər şəxsləri və digər rəsmilər iştirak ediblər.
Milli Məclisin sədr müavini Ə.Hüseynli sözügedən tədbir çərçivəsində Macarıstan parlamentinin sədr müavini Ş.Lejak ilə və digər ikitərəfli görüşlər keçirib. Macarıstan parlamentinin nümayəndələri ilə keçirilən görüşlər zamanı ikitərəfli parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşı tərəf işğaldan azad edilmiş ərazilərimizə səfər etməyə dəvət olunub.
Eyni zamanda, tədbirdə ölkəmizin Macarıstandakı səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə ölkəmizin tanınmış incəsənət xadimləri, musiqi və rəqs qrupları milli musiqimizi və rəqslərimizi təqdim edib, xalqımızın qədim tarixi və mədəniyyətinin nümunələri böyük maraqla qarşılanıb.
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək







































