Avropa
Almaniya 10 ildən sonra bu ölkədə HƏRBÇİ yerləşdirəcək
Bundesver əsgərləri 10 ildən sonra ilk dəfə EUFOR (Avropa İttifaqı Qüvvələri) beynəlxalq sülhməramlı kontingentinin tərkibində Bosniya və Herseqovinada yerləşdiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Sentyabrın ortalarına qədər Berlin bu missiyaya 28 hərbçi yerləşdirməyi planlaşdırır, yuxarı say həddi isə 50 hərbçidir. Bundesverin ölkədə qalma mandatı 30 iyun 2023-cü il tarixədək etibarlıdır.
Federal hökumətin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Manuel Sarrazin "Beləliklə, biz Almaniyanın tərəfdaşları ilə birlikdə yerlərdə sakinlərin təhlükəsizliyini təmin etmək öhdəliyi götürdüyünə dair mesaj göndəririk", - deyib.
NATO-nun baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Şimali Atlantika Alyansı Rusiyanın Ukraynada apardığı müharibə fonunda Bosniya və Herseqovina üçün tədbirlər kompleksi hazırlayır. Bundan əvvəl Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin rəhbəri NATO-nun baş katibinə məktub göndərib. Bu məktubda o, Stoltenverqi “Avropa və regionda baş verən cari hadisələrlə əlaqədar ölkənin üzləşdiyi problemlərlə tanış edib”.
EUFOR 2004-cü ildən Bosniyada NATO-nun sülhməramlı qüvvələrini əvəz edir.
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
