Avropa
Britaniyanın ən böyük konteyner limanının işçiləri tətilə çıxdılar
Böyük Britaniyanın ən böyük konteyner daşıma limanı "Felixstowe"da 2 minə yaxın işçi tətilə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl Britaniya nəqliyyat sənayesində bir sıra oxşar hərəkətlər baş verib. Nəticədə britaniya iqtisadiyyatına ziyan dəyib.
Londondan 150 km məsafədə yerləşən bu liman ildə iki min gəmidən 4 milyona yaxın konteynerə xidmət göstərir.
Liman rəhbərliyi bu il işçilərin maaşlarının orta hesabla 8%-dən çox artırılmasını təklif etdiyini bildirib.
AP xatırladır ki, bütün bunlar Böyük Britaniyanın həyat səviyyəsinin yüksələn xərcləri ilə onilliklər ərzində ən pis böhranını yaşadığı bir vaxtda baş verir. Ölkədə inflyasiyanın səviyyəsi son 40 ilin ən yüksək səviyyəsidir - 10,1%.
Maaşların artırılması ilə bağlı danışıqlar pozulduqdan sonra metro və dəmiryol işçiləri yayda tətilə başlayıblar. Şənbə günü İngiltərədəki 5 qatardan yalnız biri xəttə çıxıb. London metrosunun əksəriyyəti bir gün əvvəl bağlanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
