Avropa
Qərbdə QAZ HƏYƏCANI: Bahalaşma DAVAM EDƏCƏK?
“Avropanın qaz bazarında maye yanacağın hədsiz bahalaşmasının əsas səbəbi Rusiyanın “Qazprom” şirkətinin verdiyi son açıqlama ilə bağlıdır. Şirkət bu günlərdə “Şimal axını” ilə Avropaya qaz nəqlinin avqustun 31-dən etibarən üç gün müddətinə tam dayandıracağını bəyan etdi”.
Bunu Publika.az-a açıqlayan neft-qaz sahəsi üzrə ekspert İlham Şabanın sözlərinə görə, bu bəyanat Avropanın qaz bazarı iştirakçıları arasında böyük təlatümə səbəb oldu:

“Artıq bir neçə gündür ki, qazın qiyməti 2400 dollardan 3100 dollara qədər artıb və bunun nə qədər davam edəcəyi bəlli deyil. Əslində “Qazprom” bununla Avropanın qaz bazarına psixoloji təsir göstərdi. Şirkət beynəlxalq media vasitəsilə göstərmək istəyir ki, avqustun 31-dən sonra Avropada həyat dayanacaq. Düzdür, çətinliklər olacaq, amma buna uyğun adekvat addımlar atılacaq və sentyabrın 1-dən qazın qiymətində enmə baş verəcək”.
Avropa İttifaqının bir ay əvvəl Rusiya qazından ilin sonuna qədər imtina etməklə bağlı qərar qəbul etdiyini xatırladan İlham Şaban onu da qeyd etdi ki, buna görə də əsas güc yeraltı anbarlara qaz ehtiyatının toplanmasına yönəldilib:
“Rusiya ilə Qərb arasındakı qaz gərginliyi yüksək həddə çatıb. Bu da özünü əsasən mavi yanacağın qiymətində göstərir. Çünki, Avropa digər məhsullara nisbətən Rusiyadan qazın idxalından çox asılı vəziyyətdədir”.
Qeyd edək ki, dünən Londonun ICE birjasında ticarət zamanı Avropada qazın qiyməti martın 8-dən bəri ilk dəfə 1000 kubmetr üçün 3100 dolları ötdü. Günün əvvəlindən qazın qiymətində ümumi artım 16% təşkil edib. Sentyabr fyuçerslərinin qiyməti isə 1000 kubmetr üçün 3113 dollara (və ya MVt/saat üçün 302 avro) yüksəlib.
Rövşən Ziya
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


