Avropa
Zelenskidən QORXULU PROQNOZ: "Bu, tariximizin ən çətin anı olacaq"
"Artıq Avropada qazın qiyməti min kubmetr üçün 3300 dolları keçib. Hamısı Rusiyanın müraciət etdiyi enerji şantajına görədir".
Bu barədə Publika.az Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə istinadla xəbər verir.
"Rusiyanın anti-Avropa siyasəti həqiqətən dağıdıcıdır, lakin strateji perspektivdə - Rusiya Federasiyasının özü üçün. Artıq Avropanın enerji bazarında Rusiya kimi oyunçu olmayacaq.", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, vəziyyət çətindir, lakin Avropa ölkələrinin əksəriyyəti problemə çox məsuliyyətlə yanaşıb və özlərini qorumaq üçün hər şeyi edirlər.
Zelenski qeyd edib ki, Ukrayna enerji məsələlərində tərəfdaşları ilə hərəkətləri yaxından əlaqələndirir. Hökumət, dövlət şirkətləri ölkənin bu qış mövsümünə hazır olması üçün hər şeyi edir.
"Bu, həqiqətən də tariximizin ən çətin anı olacaq. İndi isə elə bir şəraitdəyik ki, düşmən öz məqsədlərinə çata bilməyəcək, amma buna hələ vaxt lazımdır. Rus hesabının qırılması üçün hələ də səylər lazımdır ki, onlar bu sahədə də uduzsunlar", - deyə prezident yekunlaşdırıb.
Xatırladaq ki, Zelenski Aİ ölkələrinə Rusiyadan heç bir enerji tədarükü olmadan öz enerji sistemlərinin istismarına hazırlamağı tövsiyə edib.
Hüseyn İbadlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





