Avropa
Avropada qaz qiymətləri REKORD həddə qalxdı
Avropanın enerji bazarında qazın qiyməti rekord həddə - MVt/saat üçün 340 avroya yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Qeyd olunur ki, enerji bazarlarında mavi yanacağın indiki qədər baha qiymətə satılması halı heç vaxt olmayıb. "Hazırda orada bir meqavat-saat 340 avrodan yuxarıdır. Bundan əlavə, payızda vəziyyət daha da pisləşəcək və enerji qiymətləri artmağa davam edəcək", - məlumatda vurğulanıb.
Nəşrin məlumatına görə, qazın qiyməti ona görə qalxır ki, Avropa ölkələri Rusiyadan yanacaq tədarükünü dayandırmaqdan qorxurlar. Eyni zamanda, 2022-ci ilin əvvəlindən mavi yanacağın Avropa üçün qiyməti üç dəfədən çox artıb.
Bazar ekspertləri bu qiymət artımlarının sonunun hələ görünmədiyi qənaətindədirlər. Bundan əlavə, proqnozlar da var ki, oktyabr ayında qazın qiyməti xeyli arta bilər. Üstəlik, bu, tədarükçülərin əksəriyyətinin Almaniyaya yanacaq tədarükünü artıracağı zaman baş verəcək.
Akqabay
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək








.jpg)































