Avropa
Avropada QAZ problemi İĞTİŞAŞLAR törədə bilər
Əgər Rusiya qaz tədarükünü yenə azaldarsa, Avropa elektrik və qaz enerjisinin kəsilməsi, əhaliyə verilən normanın məhdudlaşdırılması və ciddi tənəzzül riski ilə üzləşəcək.
Publika.az "bloomberg" saytına istinadla xəbər verir ki, çərşənbə günündən etibarən Avropa İttifaqı üçün əsas təbii qaz mənbəyi olan “Şimal axını” kəməri fəaliyyətini üçgünlük dayandırır. Buna görə də həm əhali arasında, həm də hökumətlərdə Moskvanın qaz tədarükünü məhdudlaşdırmaq üçün başqa bir bəhanə tapacağı və bölgəni qarşıdan gələn payız və qış aylarının sərt sınağı ilə üz-üzə qoyacağı ilə bağlı narahatlıq yaranıb.
Bu gün Avropa sözün əsl mənasında ən pis ssenari ilə qarşılaşıb. Rusiya qazının bölgəyə nəqlinin tamamilə kəsilməsi və qarşıdan gələn soyuq mövsüm qoca qitə üçün pis nəticələnəcək. İstilik təchizatı ilə bağlı qiymət artımı ən yüksək həddə çatdırılacaq ki, bu da sosial iğtişaşlara, Avropanın Ukraynanı dəstəkləməkdən vaz keçməsinə səbəb ola bilər.
“Qazprom” isə bəyan edir ki, “Şimal axını” kompressor stansiyasında müntəzəm texniki qulluğa və yoxlamaya ehtiyac var. Bu, bir növ Kreml və Avropa arasında siçan-pişik oyununun finalıdır. Yəni, tədarükün tədricən kəsilməsi enerji bazarında gərginliyi daha da artırır.
Kreml Avropaya bəyan edir ki, tətbiq etdikləri sanksiyalar “Şimal axını” ilə qazın nəqlinə yeganə maneədir. Dünən Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, sanksiyaların yaratdığı texnoloji problemlərdən savayı təbii qaz tədarükünə heç nə mane olmur.
“Şimal axını” ilə qaz nəqlinin bir gecədə dayanacağını söyləyən “Energy Aspects Ltd” şirkətinin qaz analitiki Leon İzbiçkinin sözlərinə görə, Avropaya nəql edilən mavi yanacağın son həftələrdə kəskin azalma ehtimalı 30 faizdir.
Rövşən Ziya
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


