Avropa
Almaniya QAZ EHTİYATINI 83 faizə çatdırıb - BLOOMBERG
Almaniya “Şimal axını”nın Avropa qaz şəbəkəsinə qoşulduğu yer olduğu üçün hazırda qaz böhranının mərkəzindədir. Bu ölkədə əhalinin və sənayenin onilliklər ərzində Rusiya enerjisinə və yanacağına olan asılılığı hələ də davam edir.
Publika.az Bloomberg saytına istinadən xəbər verir ki, Almaniyanın enerji tənzimləyici şirkətinin prezidenti Klaus Müller bir qədər nikbin fikirlər səsləndirib.
Onun sözlərinə görə, Avropanın ən böyük iqtisadiyyatı qarşıdan gələn payız və qış mövsümündə təbii qazdan istifadəni azı 20 faiz azaltmalı və əlavə tədarük görməlidir:
“Əgər bunları edə bilsək, bu qışı, hətta sonrakı qışı da keçmək şansımız var. Amma bu qış bunu bacarmasaq, bizimçün daha çətin ola bilər”.
Almaniya özünün təbii qaz ehtiyatını 83 faiz təmin etdiyini söyləyən Müller qeyd edib ki, hazırda əsas məqsəd hədəfi 95 faizə çatdırmaqdır:
“Əgər Rusiya qaz təchizatını tamam kəsərsə, üç aydan az bir müddətə istilik, sənaye və enerji tələbatını ödəyə biləcəyik. Ölkədə fövqəladə vəziyyət elan olunarsa, şirkətimizə bağlı agentlik qazın paylanmasına nəzarət edəcək”.
Bloomberg yazır ki, Rusiya qazının ən böyük alıcısı olan Almaniyanın “Uniper SE” şirkəti bazar ertəsi hökumətdən kredit xəttini 13 milyard avroya (13 milyard dollar) qədər artırmağı xahiş etdikdən sonra enerji sektorunun dəstəklənməsi, eyni zamanda həssas istehlakçıların qorunması ilə bağlı məsələlərin aktuallığı daha da artıb.
Rövşən Ziya
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
