Avropa
Ərdoğan: “Avropa əkdiyini biçir”
Qarşıdan gələn qışda Rusiyadan qaz nəqlinin azalması nəticəsində onları təhdid edən problemlərə görə Avropa ölkələri özləri günahkardır.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Avropa əkdiyini biçir. O qeyd edib ki, Türkiyənin qaz nəqli ilə bağlı heç bir problemi yoxdur.
“Avropanın cənab Putinə münasibəti və onların sanksiyaları (Rusiyaya qarşı. – Publika.az) istər-istəməz cənab Putini bu vəziyyətə gətirib çıxardı. Düşünürəm ki, Avropa bu qışı ciddi problemlərlə keçirəcək”, – deyə cənab Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
“Qazprom” sentyabrın 2-dən etibarən sonuncu işləyən turbinin nasazlığını əsas gətirərək “Şimal axını” ilə nəqli tamamilə dayandırıb. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bu həftə Rusiyadan qazın qiymətinə tavan tətbiq etmək niyyətini açıqlayıb. Financial Times-ın məlumatına görə, AK Avropa üçün qiymət həddi ilə bağlı iki variant hazırlayıb: birincisi, tavanın tətbiqi və ya vahid alıcının yaradılmasını nəzərdə tutur, ikincisi, ölkələrin qırmızı və yaşıl zonalara bölünməsidir.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
