Avropa
Müsəlman soyqırımı törədən hərbi cani ölüm ayağında
Bosniya və Herseqovina serblərinin ordusunun keçmiş komandanı, general-polkovnik Ratko Mladiç ürəyində problem yarandığı üçün ağır vəziyyətdə Haaqada xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə onun oğlu Darko Mladiç məlumat verib.
“O, ümumi zəiflik əlamətləri ilə həbsxana xəstəxanasına yerləşdirilib, ağciyərlərin soyuqlaması və ürəyin zəifləməsi aşkar edilib, ürəyində küy yaranıb”, - TASS onun sözlərindən sitat gətirib.
Kiçik Mladiç bildirib ki, hazırda müayinə davam edir.
“Vəziyyəti ağırdır, bizə söz verildi ki, ən geci bazar ertəsinə qədər nəticələri təqdim edəcəyik”, – deyə o bildirib.
Qeyd edık ki, R.Mladiç 22 noyabr 2017-ci ildə Haaqa Tribunalı tərəfindən soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.O, xüsusilə Srebrenitsada müsəlman əhalinin qətliamında və 10 min nəfərin ölümünə gətirib çıxaran Sarayevonun blokadısında ittiham olunur. Prokurorlar məhkəmə vaxtı iddia edirdilər ki, Mladiç şəxsən Srebrenitsada 10-65 yaş arası bütün müsəlman kişilərin məhv edilməsi əmrini verib.
İtaliyanın “La Repubblica” qəzeti 2010-cu ilin sentyabrında qeyd etmişdi ki, nəyin bahasına olursa olsun etnik təmizləmə Bosniya serb ordusunun liderinin ideyası olub və bu, həbsdən sonra ələ keçirilən 3500 səhifəlik gündəlik əlyazmalarında öz əksini tapıb. Xüsusilə, Mladiç gündəliklərində aşağıdakı qeydi buraxıb: “50 min müsəlmanı öldürsək heç nə qazanmayacağıq. Əsl prioritetimiz müsəlman əhalidən xilas olmaqdır (onları serb və xorvatlarla əvəzləyərək)”.
8 iyun 2021-ci ildə Haaqa Tribunalının apelyasiya palatası Mladiçin ömürlük həbs cəzasını qüvvədə saxlamışdı.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
