Avropa
Moldova sanksiyalara bu cür qoşulub - Dodan
"Moldova Moskvaya uçuşları qadağan etməklə anti-Rusiya sanksiyalarına qoşulub".
Publika.az xəbər verir ki, bu barədə Moldovanın keçmiş prezidenti İqor Dodan özünün Teleqram kanalında yazıb.
"Moldova hakimiyyətinin qərarının uçuş təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Ermənistan, Misir, İsrail, Belarus təyyarələri heç bir problem olmadan Moskvaya uçur, Moldovadan Rusiyaya və ya Rusiyadan Moldovaya getmək istəyənlər bu marşrutların bəzilərindən aktiv şəkildə istifadə edirlər. Beləliklə, bugünkü qərarın vətəndaşlarımızın maraqları və təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur", - Dodan qeyd edib.
O, əlavə edib ki, Kişinyovun bu qərarı yalnız vətənə qayıdan Moldova vətəndaşları üçün əlavə çətinliklər yaradır.
Bundan əvvəl Moldovanın Mülki Aviasiya İdarəsi “Air Moldova” milli aviaşirkətinə Moskvaya uçuşları bərpa etməyi qadağan edib.
Baş nazirin müavini Andrey Spinu da Moskvaya birbaşa uçuşların bərpasını məsuliyyətsizlik adlandırıb və bu uçuşların riskli ola biləcəyi barədə xəbərdarlıq edib.
Akqabay
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL

































.jpg)
