Avropa
Soydaşlarımız Londondakı erməni səfirliyinin qarşısında piket keçirdi
Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında icazəli piket keçiriblər.
Publika.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, piket iştirakçıları Ermənistan silahlı qüvvələrinin ölkəmizlə dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılması, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, siyasi dairələrin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.
Piketdə “Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!”, “Ermənistan sülhə yox deyib, müharibəni seçir!”, “Azərbaycan ədalət tələb edir!”, “Ermənistan, minalanmanı dayandır!”, “Minalar mülki insanları öldürür!”, “Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!” kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması, bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































