Avropa
Ukrayna ordusu Liman şəhərini və 5 yaşayış məntəqəsini AZAD ETDİ - VİDEO
Ukraynanın müdafiə qüvvələri Liman şəhərinə (Donetsk vilayəti) daxil olub.
Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Bildirilib ki, düşmən mühasirəyə alınıb və bu şəhərin azad edilməsi Luqansk vilayəti istiqamətində irəliləməyə yol aça bilər.
Şərq qrupunun spikeri Serhiy Çerevy milli telemarafonun efirində döyüşlərin hələ də davam etdiyini bildirib:
"Son məlumata görə, Ukrayna Silahlı Qüvvələri artıq şəhərə daxil olub. Gördüyünüz məlumat və video doğrudur. Biz artıq Limandayıq, amma döyüşlər gedir. Təfərrüatlar daha sonra məlum olacaq".
Həmçinin bu gün Ukrayna hərbçiləri Liman bölgəsində beş yaşayış məntəqəsinin - Yampil, Novoselivka, Şandriqolovo, Drobışevo və Stavkinin artıq azad edildiyini təsdiqləyiblər. Hazırda orada sabitləşmə tədbirləri həyata keçirilir.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Ukrayna hərbçilərinin şəhərin girişindəki stendin yanında bayraq qaldırması ilə bağlı video yayılıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
