Avropa
Bundesver 5000 Ukrayna əsgərinə təlim keçəcək
Almaniya silahlı qüvvələrinin komandanlığı (Bundesver) Ukrayna Silahlı Qüvvələrinin 5 min əsgərinə təlim keçəcək.
Publika.az xəbər verir ki, bu barədə NTV telekanalının məlumatında deyilir.
Çağırışçılar ilkin hazırlıqdan keçəcək, təcrübəli əsgərlər isə xüsusi proqram üzrə təlim keçəcəklər.
Məsələn, hərbçilər Almaniyanın artıq Kiyevə tədarük etdiyi IRIS-T SLM hava hücumundan müdafiə sistemlərindən istifadə etmək üçün təlim keçəcəklər.
Ümumilikdə 15 min hərbçi təlim keçəcək, onların üçdə biri Ukraynadandır.
Bundan əvvəl Fransanın müdafiə naziri Ukrayna Silahlı Qüvvələrinin 2000 hərbçisinin təlim keçəcəyini açıqlamışdı.
Bu ərəfədə “Politico” nəşri Avropa İttifaqının Ukrayna Silahlı Qüvvələrinin 15 min hərbçisinin təlimi üçün əlavə vəsait ayırdığını elan edib. Bu məqsədlər üçün Avropa Sülh Fondundan 500 milyon avro xərclənəcək.
Əlavə vəsaitin ayrılması ilə bağlı qərar oktyabrın 17-də Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündə açıqlanacaq.
Hüseyn İbadlı
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır






.jpg)







.jpg)


















