Avropa
Şoltsdan XƏBƏRDARLIQ: "Kreml ciddi cavab alacaq"
"Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi keçilməz bir xəttdir (red: "qırmızı xətt"). Belə bir addımın qarşısını almaq lazımdır".
Bu barədə Publika.az Almaniya kansleri Olaf Şoltsın bəyanatına istinadla xəbər verir.
"Bu münaqişədə nüvə silahından istifadə qəbuledilməzdir", - Şolts deyib.
Kansler Rusiyanı bunu etməyəcəyini açıq şəkildə bildirməyə çağırıb:
"Əgər Rusiya Ukraynaya qarşı müharibədə nüvə silahı komponentlərindən istifadə edərsə, Kreml ciddi beynəlxalq cavab alacaq".
Almaniya kansleri cümə günü Çinə səfəri zamanı vurğulayıb ki, o və Çin prezidenti Si Cinpin nüvə təhdidlərinin məsuliyyətsiz və çox təhlükəli olması ilə razılaşırlar.
Eyni zamanda, Pekinə səfəri ilə bağlı tənqidlərə cavab verən Almaniya hökumətinin başçısı qeyd edib ki, Çin sədri Si Cinpini Ukraynadakı müharibə zamanı nüvə silahından istifadəyə qarşı çıxmağa inandırmaq səfər üçün kifayət qədər səbəb olub.
Bundan əvvəl Rusiya Federasiyası Ukraynaya hücum etməzdən əvvəl Almaniyaya nüvə zərbəsi endirilməsi məsələsini müzakirə etmişdi.
Qərb ölkələri Rusiyanın nüvə eskalasiyasının qarşısını almaq üçün bütün vasitələrdən, o cümlədən diplomatik vasitələrdən istifadə edir.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
