Avropa
Deputatlara kolbasa hədiyyə etdilər - Amma qaytaracaqlar
Norveç parlamentinin (Stortinq) işinin xüsusiyyətlərinə görə deputatlar Milad bayramı münasibətilə “Kruse Larsen” PR agentliyinin onlara hədiyyə etdiyi kolbasanı geri qaytarmağa məcbur olublar.
Publika.az xəbər verir ki, bu barədə Norveçin “nrk.no” portalı məlumat yayıb.
Bildirilib ki, 70 deputata Milad təbrik kartı və “Smøla” kolbasası olan paketlər hədiyyə edilib.
“Kruse Larsen” kolbasaları şirkət işçilərinin tərtib etdiyi siyahıya əsasən göndərdiklərini açıqlayıb. Siyahıda bu il Norveçdən olan deputatlar da daxil olmaqla 600-dən çox ad olub.

PR agentliyinin sahibi Jan-Erik Larsen belə izah edib: “Biz kolbasaları istəyən hər kəsə veririk. Amma siyahının arxasında heç bir dərin fikir yoxdur. Biz bunu iki səbəbə görə edirik: Birincisi, zəhmətkeş vətəndaşlara Milad hədiyyəsi vermək gözəl olduğu üçün, ikincisi, biz yerli yeməkləri reklam edirik”.
Stortinqdəki siyasətçilər üçün sevinc qısamüddətli olub. Norveç parlamentinin qaydalarına görə, deputatlara hədiyyə olaraq yemək və içki qəbul etmək qadağandır.
“Rəhbərlik (Stortinq) bağlamaların içərisində qida olduğunu biləndən sonra hədiyyənin qəbulunu dayandırdı”, - Norveç Parlamentindən NRK-ya bildirilib.
Murad
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
