Avropa
Azərbaycan qazının tədarükü ilə bağlı danışıqlara başlanıldı
Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir.
Siyarto bildirib ki, hazırda ölkə üçün yeganə etibarlı qaz mənbəyi “Türk axını” boru kəməridir.
Macarıstan hökumətinin enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verdiyini vurğulayan Siyarto qeyd edib ki, bunun üçün ən real variant Azərbaycan qazı və Türkiyə limanlarına gələn LNG-dir.
Hazırda Azərbaycan Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 10 milyard kubmetr təbii qaz tədarük edir. Azərbaycandan təbii qazın Cənubi Avropa bazarlarına ixracına 2020-ci ilin dekabrında Trans-Adriatik Boru Kəmərinin istifadəyə verilməsi ilə başlanılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
