Avropa
Vuçiçdən Rusiyaya XƏBƏRDARLIQ: "Belə cəhdləri dayandırın..."
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin ölkəsindən əsgər toplamaq cəhdlərini dayandırması barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, A.Vuçiç “Vaqner”in Serbiyadan əsgər cəlb etməyə çalışmasını şərh edərkən serblərin Ukraynada döyüşlərə çağırılmasının ədalətsizlik olduğunu bildirib.
“Serbiya Avropada Rusiyaya qarşı sanksiya tətbiq etməyən yeganə ölkədir. Rusiya “Vaqner”in Serbiyadan qoşun toplamaq cəhdlərini dayandırmalıdır. Belə yanaşma həm də Serbiya qanunlarına ziddir”, - deyə A.Vuçiç qeyd edib.
Qeyd edək ki, “Vaqner”in Ukraynada müharibəyə cəlb olunacaq döyüşçülər axtardığına dair elanının serb dilində dərc edildiyi və insanların buna təşviq olunduğu bildirilir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

































