Avropa
İtaliya paytaxtında biabırçılıq: Yol nişanlarında, evlərin pəncərələrində Hitlerin...
İtaliyanın paytaxtı Romanın küçələrində nasist diktatoru Adolf Hitlerin “Roma” futbol klubunun formasında təsviri olan stikerlər yayılıb.
Publik.az xəbər verir ki, yanvarın 25-i çərşənbə günü Romanın müxtəlif ərazilərində yol nişanlarında və evlərin pəncərələrində stikerlər peyda olub.
Yerli mətbuatın iddiasına görə, bu əməli törədənlər Hitlerin fikirlərinin tərəfdarı olan bir qrup “Roma” azarkeşidir.
Roma meri Roberto Qualtieri məsələ ilə bağlı “tvitter” hesabında belə yazıb:
“Bu gün şəhərimizdə “Roma” formasında peyda olan Hitlerin stikerləri biabırçılıqdır. Bu, xüsusilə də anım günü ərəfəsində (Holokost qurbanlarının anım günü) yolverilməzdir. Biz onları dərhal aradan qaldırmaq üçün addımlar atmışıq. Bu əməli törədənlərə ayıb olsun”.
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi


























.jpg)










