Avropa
Onlarla bankomatı partladan qruplaşma tutuldu
Belçika, Almaniya və Niderlandın hüquq-mühafizə orqanları bankomatları partlatmaqla məşğul olan cinayətkar qruplaşmanın üzvlərini həbs edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyata dəstək verən Avropa Ədliyyə Orqanları Əməkdaşlığı Agentliyi (Eurojust) məlumat yayıb.
“16 obyektdə aparılan axtarışlar nəticəsində 9 nəfər saxlanılıb. Keçirilən reydlər zamanı 4 kq partlayıcı maddə, cinayət törədilməsində istifadə olunmuş bir avtomobil, bir neçə telefon, nağd pul, elektroşoker, əlcəklər, lomlar, çəkiclər, naviqasiya avadanlığı, radiotezlik skaneri və müxtəlif qiymətli əşyalar aşkar olunaraq müsadirə edilib”, - təşkilatdan bildirilib.
İstintaq müəyyən edib ki, cinayətkarlar bankomatları partlatmaq və oradan nağd pul çıxarmaq üçün Niderlanddan Almaniyaya gediblər. 2021-ci ildən fəaliyyət göstərən qruplaşma bu yolla azı 31 bankomatı partladıb və onlardan azı 3,4 milyon avro ələ keçiriblər. Binalara dəymiş ziyan və sıradan çıxmış bank avadanlıqlarını da nəzərə alsaq, qruplaşmanın fəaliyyətlərindən dəyən ümumi zərər 4 milyon avrodan çox olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
