Avropa
11 min NATO əsgəri bu ölkədə yerləşdirildi
Polşada 11 minə yaxın NATO əsgəri yerləşdirilib.
Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Petr Müller bildirib.
“Bu gün Polşada müttəfiq orduların 11 minə yaxın əsgərinin, o cümlədən ABŞ-dan, həmçinin Böyük Britaniya, Kanada və NATO-ya üzv olan digər ölkələrdən 10 minə yaxın əsgərin yerləşdirildiyini vurğulamaq lazımdır ki, bu da Polşanın təhlükəsizliyini artırır", - Müller deyib.
Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib ki, 2015-ci ildən bəri Polşa ordusunun sayı 95 min nəfərdən demək olar ki, 164 min nəfərə yüksəlib. Bu müddət ərzində ölkənin hərbi texnikanın alınmasına xərcləri də 160% artıb.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə və hazırda Polşa müdafiə büdcəsinin faizi üzrə tələbləri üstələyən azsaylı NATO ölkələrindən biridir.
“Keçən il biz ÜDM-in 2,3%-ni xərclədik və bu il bu, aylar, daha doğrusu, illərdir imzaladığımız öhdəliklər və silah müqavilələri səbəbindən xeyli daha böyük məbləğ olacaq”, - deyə Müller yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO






































