Avropa
Nümayişçilərlə polis arasında atışma baş verdi
"Fransada pensiya islahatı ilə bağlı etirazlar zamanı nümayişçilərə qarşı "həddindən artıq güc tətbiqi" baş verir, ölkə nümayiş azadlığı hüququna hörmət etməlidir".
Publika.az xəbər verir ki, bunu Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç bildirib.
Miyatoviç Avropa Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda bildirib ki, pensiya islahatlarına qarşı sosial etiraz hərəkatı kontekstində Fransada söz və sərbəst toplaşma azadlığının həyata keçirildiyi şərtlər narahatlıq doğurur.
O, Fransa hakimiyyətini azadlıqların həyata keçirilməsini və bu nümayişləri işıqlandıran dinc nümayişçilərin və jurnalistlərin “polis zorakılığından və təcavüzkar şəxslərdən” qorunmasını təmin etməyə çağırıb.
Onun sözlərinə görə, bəzi hüquq-mühafizə orqanlarına qarşı yönəlmiş zorakılıq hadisələri olub, “lakin bəzi nümayişçilərin ara-sıra zorakılıq hərəkətləri” agentlərin (polis) həddindən artıq güc tətbiq etməsinə haqq qazandıra bilməz.
Miyatoviç həmçinin bəzi nümayişçilərin və nümayiş sahəsinə yaxın olan insanların saxlanmasından narahatlığını ifadə edib.
Pensiya islahatlarına qarşı çıxan nümayişçilərlə polis arasında atışma ərəfəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözyaşardıcı qazdan istifadə etməsi ilə başa çatıb.
Ayşən
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır

































