İtaliya Rusiyaya bu qədər maliyyə zərbəsi vurub - ŞOK RƏQƏMLƏR
Bizi izləyin

Avropa

İtaliya Rusiyaya bu qədər maliyyə zərbəsi vurub - ŞOK RƏQƏMLƏR

İtaliya Rusiyaya bu qədər maliyyə zərbəsi vurub - ŞOK RƏQƏMLƏR

İtaliya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri rus oliqarxlarının təxminən 2 milyard avro dəyərində aktivlərini dondurub.

Publika.az "La Repubblica"ya istinadla xəbər verir ki, bu barədə Maliyyə Kəşfiyyatı Xidmətinin direktoru Enzo Serata illik hesabatında bildirib.

"Bu ilin iyun ayının sonuna 80 subyektin adına 170 maliyyə münasibətləri dondurulub. Dondurulmuş vəsaitlərin ümumi məbləği 330 milyon avronu ötüb", - Serata açıqlayıb.

Qeyd edık ki, Rusiya Federasiyasının genişmiqyaslı hücumundan sonra bu ölkə Kremlə və onun himayədarlarına qarşı Avropa sanksiyaları çərçivəsində aktivlərini, o cümlədən bank hesablarını, villalarını, yaxtalarını və avtomobillərini müsadirə edib.

Xatırladaq ki, daha əvvəl Ağ Ev Rusiya Federasiyasının dondurulmuş aktivlərindən müharibə zamanı dağılmış Ukrayna infrastrukturunun bərpası üçün istifadə imkanını nəzərdən keçirdiklərini bildirmişdilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm