Türkiyəyə qarşı "XƏYANƏT ÜÇBUCAĞI": Tələyə Ukrayna salınır
Bizi izləyin

Avropa

Türkiyəyə qarşı "XƏYANƏT ÜÇBUCAĞI": Tələyə Ukrayna salınır

Fransa, Yunanıstan və Kipr Avropa İttifaqının vəsaitləri hesabına Ukrayna üçün Türkiyənin TV2 pilotsuz təyyarələri və artilleriya mərmilərinin alınması üçün maliyyəni bloklayıb.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr Fransanın öz silah sistemləri ilə rəqabət aparan silah sistemlərinin tədarükü üçün pəncərə açmaq istəmədiyini, Yunanıstanın isə vergi ödəyicilərinin pullarının Türkiyənin müdafiə sənayesinə yönəldilməsini qəbul etmədiyini bildiriblər.

Bildirilir ki, bu, Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm