Avropa
NATO-nun ən böyük bazasını türklər tikəcək
Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək. Tərəflər bu mövzuda danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”, - nəşr yazır.
Türkiyəli iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər.
Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.
Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Baza Rumıniya Hərbi Hava Qüvvələrinin “Mihail Koqalniceanu” 57-ci aviabazasının genişləndirilməsi nəticəsində 2040-cı ilə qədər yerləşdirilə bilər. Rumıniya layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.
Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək. Xüsusilə, layihədə uçuş-enmə zolaqları, yeni idarəetmə qülləsi, mayak və radionaviqasiya sistemi, uçuş simulyatoru, anqarlar daxil olmaqla, aerodrom infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur. İnzibati və sosial binalar, məktəb və uşaq bağçaları, mağazalar, restoranlar, kinoteatr və xəstəxana da olacaq. 10 min NATO əsgəri ailələri və baza dəstək personalı ilə birlikdə orada yaşayacaq.
Akqabay
-
İdman21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul20:00Dollar yenidən bahalaşdı
-
Hadisə19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək





































