Avropa
Makronun arvadının başı dərddə: 300-dən çox qadın onu buna görə məhkəməyə verdi
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Paris teatrında seksist dildən istifadə etidiyinə görə məhkəməyə veriləcək. Fransanın birinci xanımının feminist etirazçıları "fahişələr" adlandırmasından sonra 300-dən çox qadın şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
Məlumata görə, Fransanın birinci xanımı Bricit Makronun Parisdəki teatr tamaşasında feminist etirazçıları "axmaq qancıqlar" adlandırması lentə alındıqdan sonra o, qadın hüquqları qrupları da daxil olmaqla bir neçə təşkilat tərəfindən hüquqi etirazla üzləşib.
Bu həftə 300-dən çox qadın Fransa prezidentinin həyat yoldaşına qarşı ictimai təhqir iddiası ilə şikayət ərizəsi verib.
Ötən həftə çəkilmiş videoda Bricit Makronun Parisdəki "Folies Bergère" teatrında səhnə arxasında əvvəllər təcavüzdə ittiham olunan fransız aktyor və komediyaçı Ari Abittan ilə söhbəti göstərilir. Birinci xanım onun şousuna qızı və bir neçə dostu ilə birlikdə qatılıb. Feminist fəallar "Abittan, təcavüzkar!" qışqıraraq şounu pozublar.
Etirazda iştirak edən "Nous Toutes" feminist qrupu bildirib ki, onların fəalları Fransada cinsi zorakılıqla bağlı "cəzasızlıq mədəniyyətinə" etiraz etmək üçün Abittanın proqramını pozublar.
Qeyd edək ki, Bricit Makron ötən gün "Brut" nəşrinə verdiyi müsahibədə vəziyyəti düzəltməyə çalışaraq videoya yazılmış sözləri "şəxsi şərhlər" adlandırıb. O, "qadın qurbanlarına zərər vermişəmsə, üzr istəyirəm", - desə də, onlara görə peşman ola bilməyəcəyini də vurğulayıb: "Bəli, mən prezidentin həyat yoldaşıyam, amma ilk növbədə özüməm. Və buna görə də özümlə tək qalanda nalayiq hərəkətləri rəva görə bilərəm".
Adəm
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)






















