Avropa
Husilər İsraili HƏDƏLƏDİ: "Qırmızı xətlər" olmadan...
Şiə Ənsar Allah (Husi) hərəkatı İsrailin Yəmənin qərbindəki Hudeydə şəhərinə endirdiyi hava hücumlarına sərt cavab vəd edib.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı hərəkatın nümayəndəsi Məhəmməd Əbdüssəlama istinadla məlumat yayıb.
Hərəkatın nümayəndəsi İsrailin Hudeydəyə qarşı təcavüzünü hədsiz adlandırıb.
“Bizim onlarla qarşıdurmamız da heç bir sərhəd və "qırmızı xəttlər" olmadan açıq olacaq. Düşmənlə döyüşün heç bir qaydalarına əməl etməyəcəyik”, deyib.
Əbdüssəlam hərəkatın bütün məsuliyyətini daşımağa hazır olduğunu və öhdəsindən gəlməyə qadir olduğunu bildirib.
Onun sözlərinə görə, husilər heç bir eskalasiyadan qorxmur və ədalət naminə hərəkət edirlər.
Xatırladaq ki, iyulun 21-də İsrail Hərbi Hava Qüvvələri Yəməndə husilərin nəzarətində olan limana hücum edib. Yerli KİV-in məlumatına görə, Hudeydədə neft obyektlərinə və elektrik stansiyasına endirilən aviazərbələr nəticəsində onlarla insan yaralanıb.
Baş nazir Benyamin Netanyahu bildirib ki, əməliyyat bir gün əvvəl Husilərin Təl-Əvivə pilotsuz təyyarə hücumuna cavabdır.
Hüsyn İbadlı
-
Magazin205:45Keyt Moss Merilin Monro obrazında - Foto
-
Qoroskop01:40Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər
-
ABŞ00:15İranı bir saat ərzində məhv edə bilərdik - Tramp
-
Kriminal11 Mart 21:51Könül Həmzəyeva saxlanıldı
-
Nəqliyyat11 Mart 21:26Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik
-
Kriminal11 Mart 21:13Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı
-
Magazin111 Mart 20:48İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab
-
Rəsmi xronika11 Mart 20:36Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi






































