Avropa
Fransa polisi etirazçılara qarşı güc tətbiq etdi
Fransanın Tarn kommunasında polislə yerli əhali arasında toqquşma baş verib.
Publika.az "Figaro"ya istinadla xəbər verir ki, Tuluz-Kastr avtomobil yolunun çəkilişinə etiraz edən sakinlər yol inşaatı texnikasına zərər vurub, polisə daş və Molotov kokteyli atıblar. Polis narazı kütləyə qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir nəfər saxlanılıb.
A69 Tuluz-Kastr avtomobil yolunun çəkilişi ekoloqların və elm adamlarının ciddi narazılığına səbəb olub. Onların fikrincə, yol çəkilişi əkinəyararlı ərazilər və yaşıllıq zonalarının məhvinə, qrunt sularının səviyyəsinin aşağı enməsinə və rütubət balansının pozulmasına səbəb olacaq.
Əvvəlki aylarda da yol inşaatına görə etirazçılarla polis arasında qarşıdurma yaranıb.
-
Səhiyyə20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO
-
Kriminal19:12Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU YAYILDI
-
Sosial18:36Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
-
Banklar 18:06“Yelo Bank”ın mənfəətində KƏSKİN AZALMA - Borcları artıb, əmanət portfeli kiçilib
-
Sosial17:42Azərbaycanda əhalinin sayı artdı
-
Rəsmi xronika16:18İlham Əliyev bu qanuna dəyişiklik etdi
-
Maraq dünyası15:40"Qiyamət" radiosundan müəmmalı hərbi mesaj: İndi hansı ölkə dağılacaq?






































