ABŞ
ABŞ-da İsrail və Livan arasında danışıqlar başladı
ABŞ Dövlət Departamentində İsrail və Livan arasındakı münaqişənin nizamlanması üzrə danışıqlar başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Amerika nümayəndə heyətinin tərkibinə ABŞ-ın dövlət katibi Marko Rubio, ölkənin Beyrutdakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem daxil olub. İsrail və Livan nümayəndə heyətlərinə isə səfirlər Yehiel Leyter və Nada Hamade Moavad rəhbərlik ediblər.
Bir gün əvvəl "Hizbullah"ın siyasi şurası rəhbərinin müavini Mahmud Komati bildirib ki, qruplaşma Livan və İsrail arasındakı birbaşa danışıqlara qarşı çıxır.
Aprelin 7-də ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilib. Amerika zərbələrini dəstəkləyən İsrail, hərbi əməliyyatlar zamanı İranpərəst "Hizbullah"ın Livanın cənubundakı infrastrukturuna hücum edib və orada hücum əməliyyatına başlayıb. İsrail İranla atəşkəsə razılıq versə də, bu, Livana şamil edilməyib.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
