Aİ Putinlə bağlı bu ölkələrə çağırış etdi
Bizi izləyin

Avropa

Aİ Putinlə bağlı bu ölkələrə çağırış etdi

Avropa İttifaqı Roma Statutunu ratifikasiya etmiş dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb.

Publika.az xəbər verir ki, söhbət Rusiya prezidenti Vladimir Putinin həbsindən gedir. Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində order verib.

Müvafiq bəyanat Vyanada ATƏT Daimi Şurasının iclası zamanı verilib. Aİ Rusiyanın qeyri-qanuni köçkün etdiyi ukraynalı uşaqların və digər mülki şəxslərin taleyindən dərin narahat olduğunu bildirir.

“Avropa İttifaqı bir daha Rusiya və Belarusu onların Ukraynaya təhlükəsiz qayıtmalarını təmin etməyə çağırır”, - bəyanatda deyilir.

Bundan əlavə, Aİ Rusiya Federasiyası tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilmiş bütün şəxslərin, o cümlədən ATƏT-in həbs edilmiş üç əməkdaşının dərhal azad edilməsini tələb edir.

Həmçinin ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsi kimi hərbi cinayətə görə Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi altı həbs orderi xatırladılıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm