Avropa
Almaniyada xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var
Almaniyanın Frankenberq şəhərində (Hessen federal əyaləti) xəstəxanada güclü yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birini xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, yanğın saat 18:40 radələrində otaqlardan birində başlayıb və yanğın siqnalı işə düşüb. Həkimlərin sonradan xilas edə bilmədiyi şəxsin yanğın baş verən palatadakı xəstə olduğu ehtimal edilir. Yanğın uğurla söndürülüb.
13 xəstə tüstüdən zəhərləndiyi üçün digər tibb müəssisələrinə köçürülüb. Bəzilərinin başqa əlavə köməyə ehtiyacı yaranıb.
Hadisə yerində bir neçə yanğınsöndürən maşın, təcili yardım maşınları və tibb işçiləri olub. Xəstəxananın bəzi əraziləri yararsız hala düşdüyündən 150-yə yaxın xəstə qonşu klinikalara köçürülməli olub.
Hazırda polis yanğının səbəbi araşdırır.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı


















.jpg)





.jpg)











