Avropa
Şoltsun çıxışı gülüşə səbəb oldu - VİDEO
Almaniya Kansleri Olaf Şolts parlamentdə dövlət büdcəsi məsələləri ilə bağlı çıxışı zamanı gülüşə səbəb olub.
Publika.az xəbər verir ki, siyasətçi Bundestaqda ölkəsinin öz büdcəsini düzgün idarə etməyi bacardığını deyib.
Şoltz “Almaniyanın pullarını yaxşı idarə etdiyi üçün fəxr edirəm” dedikdən sonra zalda gülüş səsləri eşidilib.
Kansler qısa müddət fasilə verməli və sonra çıxışını davam etdirməli olub.
Görüntüləri təqdim edirik:
Qeyd edək ki, Almaniyada ciddi iqtisadi böhran yaşanır. 2023-cü ilin noyabrında Federal Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin 2021-ci il əlavə büdcəsindən koronavirusla mübarizə üçün ayrılmış 60 milyard avronun İqlim və Çevrilmə Fondundakı ətraf mühit və iqlim layihələrinə yenidən bölüşdürülməsi barədə qərarını qanunsuz hesab edib.
Bu, Almaniyada ciddi büdcə böhranına səbəb olub. Məhkəmənin qərarı və 60 milyard avronun bloklanması səbəbindən təkcə 2024-cü il üçün adi dövlət büdcəsində 17 milyard avroluq boşluq yaranıb ki, bu da öz növbəsində 2025-ci ilin büdcəsinə təsir edib.
(Qafqazinfo)
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






























