Avropa
Yaponiya Ukraynaya 3 milyard dollar göndərdi
Yaponiya G7-nin 50 milyard dollarlıq kredit təşəbbüsü çərçivəsində Ukraynaya 3 milyard dollar ayırıb. Bu məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ödəniləcək.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
Yaponiyanın xarici işlər naziri Takeşi İvayey ilə görüşündə Zelenski vurğulayıb ki, yeni hökumətin təyinatından dərhal sonra yapon diplomatının xarici ölkəyə ilk səfərini Ukraynaya etməsi vacibdir.
“Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə, habelə Yaponiyadan əhəmiyyətli maliyyə və humanitar yardıma, xüsusən də enerji sektorumuza yeni yardım sənədlər paketinin verilməsinə görə təşəkkür edirəm”, - deyə Zelenski yazıb.
Zelenski 3 milyard dollar yardımın ayırdığı üçün Yaponiya hökumətinə təşəkkürünü bildirib.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO










.jpg)
















_(1).jpg)









