Avropa
Aİ-də doğum səviyyəsi rekord dərəcədə azaldı
2023-cü ildə Avropa İttifaqında (Aİ) doğum səviyyəsinin 4 milyon ətrafında olacağı proqnozlaşdırılsa da, daha aşağı göstərici qeydə alınıb.
Publika.az xəbər verir ki, Avropanın “Eurostat” statistika xidmətinin məlumatına görə, 2023-cü ildə Aİ-də doğulan uşaqların sayı öncəki illə müqayisədə 5,5 faiz azalaraq 3 milyon 655 min nəfər təşkil edib. Bu, müvafiq statistikanın aparılmağa başlandığı 1961-ci ildən bəri ən aşağı göstəricidir.
Qurumun məlumatına görə, uşaqların sayında azalma tendensiyası ən çox Baltikyanı ölkələrdə, Yunanıstanda, İspaniyada, İtaliyada, Polşada və Finlandiyada özünü nümayiş etdirib. Bu ölkələrdə son on ildə doğulan uşaqların sayında azı 25 faiz azalma müşahidə olunub.
Ekspertlərin sözlərinə görə, aşağı doğum göstəriciləri əmək qabiliyyətli əhalinin sayının azalmasına səbəb olacaq ki, bu da öz növbəsində sağlamlıq və pensiya xərclərinin artması ilə nəticələnəcək və hökumətin büdcə yükünü artıracaq.
Qeyd edək ki, Aİ ölkələrində pik doğum sayı 1960-cı illərdə qeydə alınıb. O zaman Avropada hər il ortalama 7 milyona yaxın uşaq dünyaya gəlib.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.jpg)

.jpg)



.jpg)


.jpg)
















