Avropa
Vuçiç söz verdi: Tramp bunu etsə, ona abidə ucaldacam
"ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoya bilsə, ona abidə ucaldılmalıdır. Ancaq onun buna asanlıqla nail olacağına əmin deyiləm".
Publika.az xəbər verir ki, bu fikri Serbiya prezidenti Aleksandar Vuçiç yerli "Blic" nəşrinə müsahibəsində bildirib.
Xüsusilə, o, Trampın simmetrik təhdidlər və münaqişənin hər iki tərəfini bir anda güzəştə getməyə məcbur edən strategiyanı həyata keçirə biləcəyinə şübhə etdiyini deyib.
"Rusiya və Ukrayna kiçik ölkələr deyil və hər ikisi belə asanlıqla qərar qəbul etmək üçün həddən artıq çox insan itirib. Amma əgər Tramp bacararsa, gəlin hamımız ona abidə ucaldaq. Çünki o, bütün planeti xilas edəcək. Buna görə də ona uğurlar arzulayıram. Mən özümü bunun baş verəcəyinə kökləyirəm. Düşünürəm ki, bu baş verəcək? Allah ona kömək olsun", - Vuçiç vurğulayıb.
Qeyd edək ki, Tramp Ukraynada müharibəyə son qoymaq niyyətini təkrarlayıb və bu kontekstdə Kreml danışıqlara getməyəcəyi təqdirdə Moskvanı sanksiyaların artırılması ilə hədələyib. Trampın fikrincə, Ukraynada müharibə zaman keçdikcə daha da pisləşəcək. Ona görə də tezliklə saziş bağlanmasa, onun Rusiyanın ABŞ və digər ölkələrə satdığı hər şeyə yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa “heç bir seçimi” qalmayacaq.
Akqabay
-
Sosial14:00Pensiya alanlara şad xəbər
-
Dünya13:50İki ölkə arasında müharibə başladı
-
İdman12:50Vernidub gələr-gəlməz "Neftçi"dən tələb etdi: Onu gətirin - FOTO
-
İdman11:48Türkiyəli dizayner "Qarabağ" üçün yeni loqo təklif etdi: Elə yox, belə olsun - FOTOLAR
-
Rəsmi xronika11:23Prezident qəbul keçirdi - FOTO
-
Region11:00Paşinyan: Cəhənnəmdən keçib gəldik - Bu, həm Ermənistan, həm də Azərbaycan üçün...
-
Dünya10:06Sülh olmayacaq: Zelenski "torpaq verilməyəcək" dedi
-
Ekologiya09:12Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA





























.jpg)







