Britaniyada daha neçə baş nazirin olacağını bilmək mümkün deyil – Kremldən ironiya
Bizi izləyin

Dünya

Britaniyada daha neçə baş nazirin olacağını bilmək mümkün deyil – Kremldən ironiya

Britaniyada daha neçə baş nazirin olacağını bilmək mümkün deyil – Kremldən ironiya

Dmitri Peskov 21-ci əsrin ortalarına qədər dünya nizamı ssenarilərinə həsr olunmuş sessiyanın moderatoru olduğu XII Beynəlxalq Elmi Ekspert Forumunda gələcək dəyişikliklərin gözlənilməzliyi ilə bağlı yumoristik fikir bildirib.

Publika.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, qlobal nizamın son formasını müəyyən edəcək mövcud müzakirələri yekunlaşdırmaq gələcək nəslin öhdəsinə düşəcək. O ironiya ilə əlavə edib ki, elə əhəmiyyətli bir müddət keçəcək ki, bu müddət ərzində Böyük Britaniyanın baş nazirlərinin neçə dəfə dəyişəcəyini belə proqnozlaşdırmaq çətindir.

Daha əvvəl məlum olmuşdu ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqlayaraq qərarını monarx III Çarlza bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm