Sosial
Anar Əliyev Salyanda vətəndaşları qəbul etdi - FOTO
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib.
Publika.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Salyan sakinləri Hacıyeva Sehrayə Sahib qızı və Məmmədov Sakit İmanverdi oğlu üçün qurulmuş kiçik ailə təsərrüfatlarına baxış keçirilib.
Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Hacıyeva üçün qadın gözəllik salonu, S.Məmmədov üçün isə foto atelye istiqaməti üzrə kiçik bizneslər qurulub. Hər iki proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Salyan rayonunda 1500 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto























.jpg)










.jpg)

.jpg)