Avropa
Ərdoğanla danışan Makron bu cavabı alıb: Trampa deyəcəyəm ki....
Fransa prezidenti Emmanuel Makron fevralın 23-ü, bazar günü dünya liderləri ilə telefonla Ukrayna məsələsini müzakirə edib .
Publika.az xəbər verir ki, Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan , Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın baş naziri Key Starmer, Macarıstanın baş naziri Viktor Orban və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə zəng edib.
“Bir neçə saat ərzində fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Kosta, Şolys, Starmer, Ərdoğan və Orbanla danışdım”, - Makron bildirib.
Fransa lideri bəyan edib ki, müxtəlif ölkələrin nümayəndələri Ukraynada uzunmüddətli və sabit sülhə nail olmaq istəyirlər.
Fransa prezidenti Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. “Əgər belə bir söhbət Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar üçün faydalı olarsa, əlbəttə ki, mən Vladimir Putinlə yenidən danışacağam”, - o bildirib.
Eyni zamanda Makron bəyan edib ki, Ağ Ev rəhbəri Donald Trampı Rusiya prezidenti ilə münasibətlərdə “zəif olmamağa” çağırmaq niyyətindədir:
“Mən Trampa demək niyyətindəyəm ki, Putinlə zəif ola bilməzsən. Bu, sizin təbiətinizdə deyil, sizin təyinedici xüsusiyyətiniz deyil və sizin maraqlarınızda deyil”.
Tural
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial24 İyun 13:20Sabah yağış yağacaq
















.jpg)




















