Avropa
"Yeni dövrdə qalib gəlmək üçün strategiya" - Tramp Britaniyadan nə ilə döndü?
ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Keir Starmer iki ölkə arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Interfaks" məlumat yayıb.
"Bu gün açıqlanan biznes sövdələşmələri və investisiyalar bütün əvvəlki səviyyələri üstələyir. Ümumilikdə 250 milyard funt sterlinq (340 milyard dollar) investisiya Atlantik okeanı boyunca hər iki istiqamətdə axacaq", - Britaniyanın baş naziri qeyd edib.
Starmerin sözlərinə görə, imzalanmış sazişin əsasını süni intellekt (Aİ) sahəsinə yönəldilən sərmayələr təşkil edəcək. Bu sərmayələr xüsusilə "Nvidia Corp.", "Nscale", "OpenAI", "Alphabet Inc."ə daxil olan "OpenAI" və "Salesforce Inc." kimi korporasiyalar tərəfindən həyata keçiriləcək. Gözlənilir ki, bu şirkətlər Böyük Britaniyada uzun illər ərzində ən müasir iş yerləri yaradacaqlar. Təxminlərə görə, bu iş yerlərinin sayı 15 minə çata bilər.
Starmer bu sövdələşməni “yeni dövrdə qalib gəlmək üçün strategiya” kimi qiymətləndirib.
Tramp da sazişi yüksək qiymətləndirərək, bunu “tarixi hadisə” adlandırıb.
"Bu görünməmiş saziş xalqlarımıza birgə yeni texnoloji inqilaba rəhbərlik etməyə imkan verəcək!", - Tramp vurğulayıb.
Hüseyn İbadlı
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
























.jpg)














