Avropa
Kral ailəsi ilə şam yeməyində Trampa görün nələr təqdim edilib
Sentyabrın 17-də Vindzor sarayında keçirilən rəsmi şam yeməyi zamanı ABŞ-dan gələn qonaqlara kreş-salatlı panna-kotta, bildirçin yumurtalı salat və parmesanlı qumabiskvit təqdim olunub.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) məlumat yayıb.
Nəşrin yazdığına görə, Kral III Çarlz, Kraliça Kamilla, ABŞ Prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya iştirak etdiyi banketdə qəlyanaltılardan sonra əsas yemək kimi nazik kabak dilimlərinə bükülmüş sərbəst yetişdirilmiş toyuq ətindən hazırlanmış rulet verilib. Toyuqlar İngiltərənin Norfolk qraflığından gətirilib. Ruletin yanında ispaniya lobyası, ədviyyatlı balqabaq və qızardılmış tumlar, yağlı manqold yarpaqları və Darfan kartofu garnir kimi təqdim olunub.
“Dondurmaya olan sevgisi ilə tanınan Prezident Tramp Kentdən gətirilmiş moruq sorbeti və ağardılmış qaymaqla birlikdə vanilli dondurmaya qonaq edilib”, - məlumatda qeyd edilib.
NYP əlavə edib ki, şam yeməyindən sonra sarayda olan ən qədim içkilərdən - Trampın doğum ilinə ən yaxın olan 1945-ci il vintage portveyni, anasının doğulduğu Şotlandiyaya aid 1912-ci il konyakı və 1980-ci il "Bowmore Queen's Cask" adlı birmaltlı şotland viskisi təqdim olunub. Lakin Tramp spirtsiz içkilərə üstünlük verib.
Qeyd edək ki, 16 sentyabrda Tramp və həyat yoldaşı Böyük Britaniyaya ikinci dəfə səfər ediblər. Onları təyyarənin trapında şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton qarşılayıb. Cütlük Tramp ailəsini Kral III Çarlz və Kraliça Kamillaya təqdim edib. Səfər çərçivəsində Vaşinqton və London arasında elm, texnologiya və mülki nüvə energetikası sahəsində əməkdaşlığa dair ümumi dəyəri 10 milyard ABŞ dollarını aşan sazişlərin imzalanması planlaşdırılıb.
Hüseyn İbadlı
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Qarabağ 15:17Xocalıya qayıdan 10 övladı olan gənc ailə - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?

































.jpg)



