Avropa
Bill Qeytsdən İsveçə çağırış
Məşhur amerikalı milyarder Bill Qeyts Avropada artan silahlanma ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, o, “Dagens Industri” qəzetinə müsahibəsində İsveçi kəskin şəkildə tənqid edib. Buna səbəb İsveçin hərbi xərcləri kəskin şəkildə artırması, orduya böyük sərmayə qoyması və eyni zamanda beynəlxalq humanitar proqramlara maliyyə dəstəyini kəsməsidir.
Qeyts Skandinaviya ölkəsinin builki büdcə qanun layihəsində bütün dünyada QİÇS, vərəm və malyariya ilə mübarizə aparan qlobal fonda vəsait ayrılmamasından təəssüfləndiyini bildirib.
Stokholmun artan hərbi xərclərini də şərh edən Qeyts deyib ki, bu məsələ daha aktiv müzakirə olunmalıdır.
"Həqiqətənmi insanlar bunu istəyirlər və bu, doğrudanmı mütləq və lazımlı addımdır?",- xeyriyyəçi sual edib.
-
Ekologiya22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı























.jpg)
.jpg)













